Ronaldoya məsləhət verdilər - O, Cənubi Azərbaycan şəhərinə gedəcəkmi?

2 Mart 14:25 Hadisə 398
Ronaldoya məsləhət verdilər - O, Cənubi Azərbaycan şəhərinə gedəcəkmi?

Asiya Çempionlar Liqasının 1/8 finalında keçiriləcək "İstiqlal"- "Əl-Nəsr" matçında qonaq komandanın ulduzu Kriştiano Ronaldo iştirak etməyə bilər.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçuya təhlükəsizlik baxımından Təbrizə getməmək tövsiyə olunub.

Buna səbəb isə 2023-cü ilin sentyabrında "Əl-Nəsr"in İrana səfəri zamanı yerli azarkeşlər Ronaldunu görmək üçün otelə hücum etməsidir.

Səudiyyə Ərəbistan təmsilçisi matçın başqa ölkəyə keçirilməsini istəyib, lakin İran klubu bununla razılaşmayıb.

3 mart tarixində keçiriləcək matçda Ronaldonun iştirak edib-etməməsi haqqında hələlik rəsmi qərar verilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu