Premyer Liqada işləmiş baş məşqçi region klubunda - VİDEO+FOTOLAR

2 Mart 21:15 Hadisə 1 530
Premyer Liqada işləmiş baş məşqçi region klubunda - VİDEO+FOTOLAR

«Rəvan»ın sabiq baş məşqçisi Bəhmən Həsənov yenidən futbol sferasına dönüb.

10 ilə yaxındır kölgəyə çəkilmiş mütəxəssis bundan sonra bölgədə fəaliyyət göstərəcək.

«Pro» kaieqoriyalı çalışdırıcı «Xudat City»də işə başlayıb.

O, bu mövsümdən Region Liqasında mübarizə aparacaq klubun idman direktoru təyin olunub. O, əsas komanda ilə yanaşı, akademiyanın işinə də nəzarət edəcək.

Həsənov Azərbaycanın Əməkdar məşqçisidir. Həm I Liqada, həm də Premyer Liqada çalışıb.

Müxtəlif vaxtlarda 4 dəfə «Rəvan»ın sükanı arxasına keçib.

SPORTİNFOAZ.

Digər Xəbərlər
Xəbər Lenti