
"Hakimlərin sayının artırılması ilə bağlı AFFA, FIFA və UEFA ilə müzakirələr aparacam".
Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frank De Blekere Bakıda azərbaycanlı hakimlər üçün təşkil olunan seminardan sonra jurnalistlərə açıqlamasında deyib.
O, beynəlxalq dərəcəli hakimlərin sayını artırmaq üçün çalışacağını söyləyib:
"Azərbaycana gələndə demişdim ki UEFA qaydalarını tətbiq etməliyik. Belə tədbirlərlə qaydaları aşılamaq lazımdır.
FIFA referilərinin sayının artırılması ilə bağlı çox suallar verilir. Düşünürəm ki, bu yeri qazanmaq üçün kəmiyyətə deyil, keyfiyyətə önəm verməliyik.
Elçin Məsiyev də bu siyahıya daxil ola bilər. Hakimlərin sayının artırılması ilə bağlı AFFA, FIFA və UEFA ilə müzakirələr aparacağam. Azərbaycandan daha çox hakimin bu siyahıya düşməsinə çalışacağam".