
Bu qış “Qarabağ”dan “Ferentsvaroş”a transfer olunan Julio Romao yeni komandasında avtoqol müəllifi olub.
Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Macarıstan kubokunun 1/16 final mərhələsində “Györ”ə qarşı oyunda öz qapısına qol vurub..
Matçda əsas vaxt 3:3 hesabı ilə başa çatıb.
“Ferentsvaroş” 3:2 hesabı ilə öndə olduğu vaxt Romao öz qapısına qol vuraraq “Györ”ə bərabərlik qazandırıb. Nəticədə oyun əlavə vaxta gedib.
117-ci dəqiqədə Kristofer Zakariassenin qolu “Ferentsvaroş”a 4:3 hesablı qələbə gətirib və komanda növbəti mərhələyə yüksəlib.