“Məndə heç bir problem tapmadılar, təkid etdim ki…” - FOTOLAR

28 Fevral 18:40 Hadisə 321
“Məndə heç bir problem tapmadılar, təkid etdim ki…” - FOTOLAR

Dünya futbolunun canlı əfsanəsi Devid Bekhem illər əvvəl aldığı zədədən bəhs edib.

Sportinfo,az xəbər verir ki, o, bu barədə “Men's Health UK” nəşrinə müsahibəsində danışıb.

Bekhem “Los Anceles Qalaksi”də çıxış edərkən kürəyindən aldığı zədə və səhv müalicənin qurbanı olduğunu deyib:

“Oyundan sonra ağrılarım oldu, müayinədən keçdim, amma məndə heç bir problem tapmadılar.

Mən təkid etdim ki, orada nəsə səhvdir. Ona görə də mənə dərman verdilər və getdim. Bu, pis bir dərman idi”.

Məhz bu zədənən sonra yaşadığı problemlərə görə, Devid 2013-cü ildə PSJ-də çıxış edərkən idman dünyasını tərk etməyə qərar verib…

Bekhemin sözlərinə görə, karyerasını bitirməyində böyük rolu olan bu zədə hələ də onu təqib edir. O, bu günə qədər bel ağrısı yaşayır:

“Karyeramın sonuna yaxın axilles vətərimdən ciddi zədə aldım, lakin bu, qopmasına baxmayaraq, indi məni narahat etmir. Əslində, ən çox belim və sol omba hissəm ağrıyır”.

Lakin bu, Bekhemin yeganə ciddi zədəsi deyildi...

O, İngiltərə yığmasının heyətində də çıxdığı matçda aldığı zədədən danışıb: “Cənubi Afrikaya qarşı oyunda (2010-cu il) topuğumu sındırdım və hələ də bununla bağlı problem yaşayıram”.

Bekhem tez-tez həyat yoldaşı Viktoriya ilə evlərinin idman zalında məşq etdiyini bildirib.

Xatırladaq ki, Bekhem və Viktoriya 1999-cu ildə evləniblər. Cütlüyünün Bruklin, Romeo, Kruz və Harper adlı uşaqları var.


Digər Xəbərlər
Xəbər Lenti