
Eduard Məmmədov Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti təyin olunub.
Sportinfo.az xəbər verir ki bu barədə idmançının özü məlumat yayıb.
Dünya çempionu ona göstərilən etimada görə federasiya rəhbərliyinə təşəkkür edib. O, kikboksinqin inkişafı naminə fəaliyyətini davam etdirəcəyini bildirib.
O, Azərbaycan Kikboksinq Federasiyası rəhbərliyinin etimadını doğruldacağını və kikboksinqin inkişafı üçün bundan sonra da əlindən gələni edəcəyini bildirib:
"Belə bir vəzifəyə təyin olunmaq xoşdur. Azərbaycan idmanına xidmətlərimi davam etdirəcəm.
Çalışacam ki, Azərbaycan kikboksinqi hər zaman irəli getsin.İdmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğur qazanmaları üçün çalışacağıq.
Təyin olunduğum vəzifəni şərəf və ləyaqətimlə icra edəcəyimə inanıram”.
AKF-nin fəxri prezidenti Adil Əliyevin rəhbərliyi altında baş tutan tədbirdə Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov isə digər vitse-prezident təyin edilib. Həmçinin Orxan Əliyev federasiyada prezident vəzifəsini davam etdirəcək.