“Məni uşaq evinə qoyan valideynlərim pul qazandığımı biləndə ortaya çıxdı”

27 Fevral 18:20 Hadisə 524
“Məni uşaq evinə qoyan valideynlərim pul qazandığımı biləndə ortaya çıxdı”

PSV-nin oyunçusu Lukas Peres verdiyi açıqlama ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdsafiəçi valideynləri ilə bağlı problemlərindən söz açıb:

“İki yaşım olanda valideynlərim məni uşaq evinə qoydu. Sonradan mənə babam və nənəm baxdı.

Bir gün oynadığım kluba faks gəldi. Atam ömrümün sonuna qədər müntəzəm ödənişlər tələb edirdi.

Məlumat almaq üçün sosial xidmətlərə getdim. Orada həyatımla bağlı məlumatları öyrəndim.

“Arsenal”a gedəndə anam da mənlə əlaqə qurmağa çalışdı. İllərdir onları görmürdüm, pul qazandığımı biləndə ortaya çıxdılar.

Atamla bağlı problem isə davam edir, məhkəməyə də az qalıb. Onunla bir neçə dəfə görüşmüşəm”.

Digər Xəbərlər
Xəbər Lenti