
“Santos”un hücumçusu Neymar Braziliya klubuna qayıtdıqdan sonra ilk qolunu vuraraq, sosial şəbəkədə paylaşım edib.
Sportinfo.az xəbər verir ki, braziliyalı forvard paylaşımında ən böyük sevincinin futbol oynamaq olduğunu bildirib:
“Mənim ən böyük sevincim futbol oynamaqdır”.
33 yaşlı futbolçu Braziliya çempionatının 12-ci turunda, “İnter Limeyra” ilə matçın 27-ci dəqiqəsində qol vurub.
O, küncdən birbaşa zərbə ilə fərqlənib. Matç Neymarın da iki məhsuldar ötürməsi ilə “Santos”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Neymar peşəkar futbolçu karyerası ərzində “Santos”, “Barselona”, PSJ və “Əl-Hilal” klublarında çıxış edib. O, Braziliya millisində 128 oyun keçirib və 79 qola imza atıb.