Millinin sabiq qapıçısı 24 yaşlı gimnastla evləndi - FOTO

02:30 Hadisə 414
Millinin sabiq qapıçısı 24 yaşlı gimnastla evləndi - FOTO

Sankt-Peterburq “Zenit”inin və Rusiya millisinin keçmiş qapıçısı Vyaçeslav Malafeyev 24 yaşlı gimnast Ancelina Şkatova ilə ailə həyatı qurub.

Sportinfo.az xəbər verir ki, bu barədə sabiq qapıçı sosial şəbəkədə paylaşım edib. “21/02/2025” – Malafeyev Telegram kanalında paylaşdığı fotoya yazıb.

45 yaşlı Vyaçeslav Malafeev futbolçu karyerasını 2016-cı ildə başa vurub. 1997-ci ildən Sankt-Peterburq “Zenit”ində çıxış edib.

“Zenit”in tərkibində Malafeyev dördqat Rusiya çempionu (2007, 2010, 2011/2012, 2014/2015) və UEFA Kubokunun (2007/2008) və UEFA Super Kubokunun (2008) qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 13:40 “Mən vacib deyiləm”