Millinin oyunçusu ilə eşq yaşayan teleaparıcını tanıyın! - FOTOLAR

21 Fevral 02:10 Hadisə 620
Millinin oyunçusu ilə eşq yaşayan teleaparıcını tanıyın! - FOTOLAR

İtaliya və dünya futbolunda yeni ulduz parlayır.

Sportinfo.az xəbər verir ki, söhbət jurnalist və teleaparıcı Eleonora İnkardonadan gedir.

İtalyan gözələ artıq ən yaxşı matçların verilişlərinə aparıcılıq etmək etibar edilib. Məsələn, "Yuventus" və "İnter" arasında baş tutan (1:0) son İtaliya derbisi kimi.

34 yaşlı DAZN aparıcısını artıq “yeni Diletta Leotta” adlandırırlar. Eleonoranın ürəyinin sahibi də var. O, "Torino" və İtaliya millisinin yarımmüdafiəçisi Samuele Ricci ilə görüşür.

Eleonora İnkardona peşəkarlığı və gözəlliyi ilə görənləri valeh edir. Onun "Instagram"da artıq 1 milyondan çox izləyicisi var.

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 17:50 Çək və bizə göndər!
21 Fevral 12:40 "Çox güclü komandadır"
21 Fevral 03:10 Səfərdə Kosovoya uduzduq