
“Qarabağ”ın futbolçusu Toral Bayramov “Neftçi”ylə oyundan sonra Bakını tərk edib.
O, bir neçə gün Qarabağda istirahət etmək qərarına gəlib.
Həm də tək yox, həyat yoldaşı və azyaşlı qızı ilə birlikdə.
Toralın Nəzrin adlı xanımı sosial şəbəkə hesabında etdiyi maraqlı paylaşımlarını izləyicilərinə təqdim edib.
O, ata tərəfdən Xocalıdan, anasının isə Ağdamdan olduğunu yazıb.
Qız övladları isə rus dilindəki danışığı ilə diqqət çəkib.
HƏBİB / SPORTİNFO.AZ