
“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior Portuqaliyanın 2-ci Liqa komandası olan “Alverka”nı satın alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.
Forvard bir qrup ispan və braziliyalı sponsorlarla birgə klubun 70-80%-lik payını alıb.
Hazırda heyətində 15 braziliyalı futbolçunun yer aldığı “Alverka” 2-ci liqada ikinci pillədə qərarlaşıb və yuxarı liqaya yüksəlmək üçün mübarizə aparır.