Azərbaycanda məşqçinin anası ilə olan bu görüntüləri diqqət çəkdi – VİDEO

19 Fevral 08:20 Hadisə 525
Azərbaycanda məşqçinin anası ilə olan bu görüntüləri diqqət çəkdi – VİDEO

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı anası ilə səmimi görüntülərini izləyiciləri ilə bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, anasının yatdığı anları videoya çəkərək “İnstagram” səhifəsində yayımlayıb.

Kamil Zeynallının paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Videoda anasının yorğun halda yatdığını göstərən məşqçi paylaşımına “Növbəmizi gözləyə-gözləyə yatmışıq” şərhini əlavə edib.

Sözügedən paylaşım qısa zamanda böyük marağa səbəb olub. İzləyicilər videoya müxtəlif şərhlər yazaraq, Kamil Zeynallının anasına olan bağlılığını yüksək qiymətləndiriblər.

Bir çoxları məşqçinin anası ilə münasibətini nümunəvi adlandırıb və onun valideyninə olan qayğısını tərifləyib.

Kamil Zeynallı sosial şəbəkələrdə aktiv fəaliyyəti və ailəsinə olan sevgisini tez-tez nümayiş etdirməsi ilə tanınır.

O, xüsusilə anasına göstərdiyi qayğı və diqqətlə izləyicilərinin rəğbətini qazanıb./Yenisabah.az

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”