
“AFFA İcraiyyə Komitəsinin 2025-ci ildə keçirilən ilk iclası bomba kimi partladı.
Çoxdandır AFFA-dan Azərbaycan futbolunu silkələyəcək, ciddi dəyişiklərə yol açacaq qərarlar görmürdük”.
Bu sözlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış telejurnalist AFFA İcraiyyə Komitəsinin (İK) baş katib postunu Cahangir Fərəcullayevə tapşırmasına münasibət bildirib:
“Burada AFFA-nin yeni baş katibi müəyyənləşdi. Assosiasiyada 2 vəzifə tutan - həm AFFA-nın icraçı vitse-prezident, həm də baş katib olan Sərxan Hacıyev indən belə fəaliyyətini icracı vitse-prezident kimi davam etdirəcək.
AFFA-nın 33 illik tarixində sayca 7-ci baş katib isə Cahangir Fərəcullayev oldu.
Bu lap 2007-ci ildə Elxan Məmmədovun qəfildən “Natəvan” Bisnes Mərkəzindən gətirilb, AFFA-da baş katib postuna əyləşdirilməsinə bənzədi.
Elxan Məmmədova qədərki baş katiblərin hamısının futbolla əlaqəli fəaliyyəti vardı.
Tofiq Bəhramovu bütün dünya tanıyırdı, keçmiş qapıçı, teleşərhçi və “Neftci”nin rəisi işləmiş Cingiz İsmayılov da az qala Azərbayan futbolu ilə yaşıd idi.
Yol tikintisi sahəsində işləmiş Fuad Əsədov peşəkar futbol oynamasa da, gəncliyində voleybolçu karyerası olmuşdu. Həm də baş katib olana qədər AFFA-da İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdi.
Ən qısamüddətli baş katib Ələddin Ağayi isə “Şəfa” stadionunun direktorluğundan bu posta gəlmişdi.
Sonuncu baş katib Sərxan Hacıyev də 2022-də bu posta təyin olunana qədər AFFA-da 13 il müxtəlif vəzifələr tutmuş, ondan əvvəl isə 2 illik hakimlik karyerası qurmuşdu.
Bir sözlə, 2007-ci ildə Elxan Məmmədov necə lapdan gəlmişdisə, indi də Cahangir Fərəcullayev baş katibliyə o cür gəldi.
Yeni baş katibin futbol adamı olmaması elə də əhəmiyyətli deyil. Cüdo Federasiyasında baş katib var, Rəşad Rəsullu.
Federasiyaya gələnə qədər nə cüdo kimonosu geyinmişdi, nə də güləşmişdi. A
mma sağlam təfəkkürə, idarəetmə qabiliyyətinə malik olduğundan, hazırda Cüdo Federasyası ölkədə ən yaxşı federasiya hesab olunur.
Ümid edək ki, Cahangir Fərəcullayev də uğurlu idarəçi olacaq.
Bütün günü çayxanada nərd-domino oynayan futbol veteranlarndan deyil, futbolun inkişafına töhfə verə biləcək sağlam düşüncəli futbol adamlarından düzgün istifadə edəcək.
Hələ ki, ümid edək və “xeyirli-uğurlu olsun” deyək”.