Fərid Qayıbov daha bir mühüm postu itirdi

18 Fevral 20:20 Hadisə 547
Fərid Qayıbov daha bir mühüm postu itirdi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki Baş Məclisi keçirilib.

Sportinfo.az xəbər verir ki, Baş Məclisdə Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə MOK-un prezidenti seçilib.

Bundan başqa MOK-un IX Hesabat-seçki baş məclisində növbəti 4 il müddəti üçün qurumun İcraiiyyə Komitəsinin üzvlərinin adları da müəyyənləşib.

İK-nin budəfəki tərkibi 12-dən 10-na endirilib. Komitəyə Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev üzvlər seçiliblər.

2021-ci ildə keçirilmiş seçkidə İK-yə üzv seçilmiş 4 nəfər yeni tərkibdə yer almayıb. Bunlar gənclər və idman naziri Fərid Qayıbov, onun keçmiş müavini Marina Vasilyeva, həmçinin Könül Nurullayeva və Ramil Hacıdır.

Olimpiya çempionu Elnur Məmmədli və keçmiş voleybolçu Alla Həsənova isə İK-nin yeni üzvləri olublar.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”