
“Qarabağ”ın müdafiəçisi Toral Bayramov “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 23-cü tur matçında etdiyi hərəkətlə gündəmə gəlib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın gedişində meydana daxil olan balaca azarkeşi mühafizəçilər meydandan çıxarmaq istəsə də, futbolçu buna imkan verməyib.
T. Bayramov azarkeşi mühafizəçilərin əlindən alaraq onun arzusunu reallaşdırıb və şəkil çəkdirib.