
“Xüsusilə ilk hissədə mükəmməl oynayan “Neftçi” izlədik.
Toplu və topsuz oyunlarda rəqibə boş zona buraxmayan, itirilən topu tez bir zamanda qazanan ev sahiblərində Ervin Kuçun performansı daha çox diqqət mərkəzində idi.
Meydanın rəqibə aid hissəsində tətbiq edilən pressinq “Qarabağ”ı səhvlərə yol verməyə məcbur etdi.
Müdafiədən topu irəli aparmaqda əziyyət çəkən Qurban Qurbanovun komandasında xətlərarası əlaqənin qurulmasında problemlər var idi.
Bu dəqiqələrdə “Neftçi”də çatışmayan təkcə qol idi. Onu da vura bilmədilər”.
Bu açıqlamalar “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” derbisi (0:1) barədə danışıb, tərəflərin oyun planları ətrafında şərhlər verib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN