Mahirə menecerlik edən anası: “Ən yaxşı təklif göndərən klubla razılaşacağıq”

16 Fevral 15:40 Hadisə 3 346
Mahirə menecerlik edən anası: “Ən yaxşı təklif göndərən klubla razılaşacağıq”

Almaniya mediasında yayılan xəbərlərə görə, Mahir Emreli oynadığı "Nürnberq"dən ayrıla bilər.

Belə ki, şəhərin eyniadlı klubu ilə fevralın 8-də baş tutmuş qarşılaşmadan öncə "Nürnberq"in azərbaycanlı hücumçusunun həmkarları ilə mübahisə etdiyi barədə xəbər yayımlanıb.

Bundan sonra Mahir Emrelinin komandadan ayrılmaq qərarına gəldiyi barədə iddialar ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, oxu.az-a açıqlama verən Mahir Emrelinin meneceri Elnurə Emreli 27 yaşlı hücumçunun yeni təkliflər aldığını bildirib.

"Hazırda başqa klublardan təklif var. Mahir bu təklifləri dəyərləndirdikdən sonra yekun qərar qəbul edəcək.

Ən yaxşı təklif göndərən komanda ilə razılaşacağıq".

Mahir Emrelinin "Nürnberq" klubu ilə müqavilə müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”