Onlar binoklla Qubadlı istiqamətindəki ərazilərimizə baxdılar - VİDEO

16 Fevral 08:50 Hadisə 337
Onlar binoklla Qubadlı istiqamətindəki ərazilərimizə baxdılar - VİDEO

Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası”nın üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Report-un əldə etdiyi görüntülər bunu deməyə əsas verir.

Məlumata görə, onlar fevralın 13-də Qubadlı ilə həmsərhəd zonada müşahidə aparıblar.

Avropalılar binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçiriblər. Azərbaycan sərhədçiləri ənənəvi olaraq “müşahidə missiyası”nın hərəkətlərini nəzarətə götürüb və qeydə alıb.

Avropa İttifaqının “müşahidə missiyası” mütəmadi olaraq Azərbaycanla sərhədboyu müşahidələr aparır.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”