
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, ölkəmizdə martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir.