Mahirin Almaniyada düşdüyü hala baxın: “Qorxaq olma, ağıllı ol” - FOTO

14 Fevral 20:00 Hadisə 15 260
Mahirin Almaniyada düşdüyü hala baxın: “Qorxaq olma, ağıllı ol” - FOTO

Mahir Emreli “instagram” hesabında paylaşım edib.

“Nürnberq”in şərəfini qoruyan Azərbaycan millisinin üzvü məşqdən çəkilmiş videosunu və gözünü bir nöqtəyə zilləyib məyus halda oturduğu fotolarını izləyicilərinə təqdim edib.

Almaniya klubunu tərk edəcəyi gözlənilən həmyerlimizin paylaşımına müxtəlif səpkili rəylər yazılıb:

“Mən bunu qəbul etmirəm. Sən burada çox oynamısan və biz səni sevirik”.

“Ya burada qal və artıq hərəkətlər etmə, ya da sağ ol”.

“Uğursuz adam və pis yoldaş. Komanda hər şeydən üstündür, bunu bil. Əgər sən özünü hamıdan yüksəkdə görürsənsə, deməli, sən kollektiv adamı deyilsən. Biz sənə böyük ümidlər bəsləyirdik, ancaq heyif”.

“Çao-çao”.

“Nürnberq”də qal, dostum”.

“Səndə döyüşçü ruhu çatmır. Onsuz çox uzağa getməyəcəksən”.

“Təəssüflənirəm ki, sən bu cür klubu tərk edib Cənubi Koreyaya gedirsən. Daha çox çalışmaqla və inadkarlıq göstərməklə “Nürnberq”də istəyinə çata bilərsən”.

“Dostum, özünü ələ al və mübarizə apar. Bu həyatda heç nə hədiyyə deyil. Çalışmaq lazımdır”.

“Emreli, sən çox yaxşı futbolçusan. Unutma ki, özündənrazı və eqoist insanlar çox uzağa getmirlər. Özünü dəyişmək istəmirsənmsə, ən yaxşı variant elə Koreyadır”.

“Yaxşı futbolçusan. Xahiş edirəm, mübarizə apar, amma getmə”.

“Mübarizə aparmaqdan çəkinmə, qorxaq olma. Ağıllı ol, sona qədər mübarizə apar və dünyanın ən yaxşı liqalarından birində özünü sübut et”.

“Sən bu istedadla çox uzaqlara gedə bilərsən. Sadəcə, işə yanaşma tərzini dəyiş”.

“Səninlə qürur duyuruq. Əminəm ki, tezliklə əvvəlki Emrelini görəcəyik”.

“Nürnberq” adlı-sanlı, xüsusi tarixə malik böyük klubdur. Peşəkar adam mübarizə aparar, güc göstərər. Küsənlərin yeri bağçadır”.

Mahirin Almaniya klubu ilə müqaviləsinin müddəti bu ilin iyun ayına qədər olsa da, komanda yoldaşları və baş məşqçi Miroslav Kloze ilə münasibətləri korlandığına görə kollektivi tərk edəcəyi gözlənilir.

O, cari mövsümdə “ağ-qırmızılar”ın heyətində meydana çıxdığı 15 oyunda 4 qol və məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti