Gəncədə şəhid atası vəfat etdi - FOTO

14 Fevral 07:10 Hadisə 317
Gəncədə şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Mirmuraz Cəfərovun atası Mirbaba Cəfərov vəfat edib.

Bir müddət əvvəl onun səhhətində problemlər ortaya çıxıb.

Şəhid atası bu gün axşam saatlarında Gəncədə həyatını itirib.

Mərhum sabah Gəncənin “Təzə Səbiskar” adlanan qəbiristanlığında torpağa tapşırılacaq.

M.Cəfərov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

O, 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

“Vətən uğrunda” (ölümündən sonra), “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.

Digər Xəbərlər
Xəbər Lenti