![AFFA hansı komandaları cərimələdi?](https://www.sportinfo.az/media/2025/02/12/208017_xh9q9pmzsv.jpg)
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarındakı və Misli Premyer Liqasının 22-ci turunun matçlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Azərbaycan kubokunda 1/4 finalın “Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt təmsilçisi 1500 manat cərimə edilib.
Azərbaycan kubokunda 1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda qonaq komandada 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.
Eyni mərhələnin “Səbail” – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” 800 manat cərimə edilib.
Premyer Liqada 22-ci turun “Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz”in heyətində 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.