![Cənubi Azərbaycan klubu ilə oyunda yaşananlara görə cərimələndilər](https://www.sportinfo.az/media/2025/02/11/b91edccf-f3ea-3d53-a71d-a377a6f294ad_850.jpg)
"Persepolis" ölkə çempionatında Traktor" ilə oyunda yaşananlara görə cərimələnib.
Sportinfo.az yerli mətbauta istinadən xəbər verir ki, buna sözügedən qarşılaşmada irqçi şüarların səsləndirilməsi səbəb olub.
Tehran təmsilçisi 2 milyard tümən (80 min manat) cərimə olunub. "Traktor" isə 1 milyard tümən (40 min manat) ödəməli olacaq.
Bundan əlavə, tərəflər arasında qarşıdakı iki mövsümdə ev və səfər matçları azarkeşsiz keçiriləcək. "Persepolis"in ev matçlarına isə məhdud sayda qadın fanat buraxılacaq.
Yanvarın 26-da baş tutan görüş "Persepolis"in qələbəsi ilə başa çatıb - 2:0. "Traktor" hazırda İran çempionatında 41 xalla liderdir.