COP29

Santuş gəldi, "salam" dedi, 2 stəkan çay içdi, 3 siqaret çəkdi, soyuğa dözmədi, qaçdı - FOTOLAR

6 Fevral 21:00 Hadisə 575
Santuş gəldi, "salam" dedi, 2 stəkan çay içdi, 3 siqaret çəkdi, soyuğa dözmədi, qaçdı - FOTOLAR

Millinin baş məşqçisi Fernandu Santuş bu gün Şamaxıya səfər edib.

70 yaşlı portuqaliyalı mütəxəssisin rayona yollanmasında məqsəd I Liqanın oyununu izləmək olub.

O, liqanın 13-cü turu çərçivəsində keçirilən "Difai" - "Qəbələ" matçına (0:1) arenadan baxıb. Santuş qarşılaşmanın startından dəqiqələr öncə sürücüsüylə bərabər yerli Olimpiya Kompleksinin stadionuna təşrif buyurub.

Sabiq «Beşiktaş»lı balaca «loja»ya yaxınlaşarkən, qarşısına çıxan şəxslərlə Azərbaycan dilində salamlaşıb.

Millinin veteran hücumçusu, hazırda «Şamaxı»nın akademiyasının baş koordinatoru vəzifəsində çalışan Vəli Qasımov onların arasında yer alıb.

Santuş oyunu tam izləməyib. Soyuqdan üşüyən mötəbər qonaq 78-ci dəqiqədə məkanı tərk edib.

Bu müdət ərzində iki stəkan mürəbbəli çay içən və 3 siqaret çəkən mütəxəssis fikirli halda stadiondan gedib. Görünür, liqanın lideri olan «Qəbələ»nin nominal ev sahibləri üzərində böyükhesablı qələbəsini gözləyirmiş.

«Qırmızı-qaralar»ın çempionatda qalmaq uğrunda mübarizə aparan rəqibi çətinliklə üstələməsi Santuşu karıxmış kimi göstərib.

Üumumiyyətlə, bu, Portuqaliya yığmasının sabiq sükançısının «Difai»nin iştirakıyla izlədiyi ikinci oyun idi.

O, ötən ilin dekabrında «fədailər»in Buzovnada «Baku Sportinq»ə 2:0 hesabıyla qalib gəldiyi matça da yerində tamaşa edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 11:20 Bəs siz bilirsizmi ki...