COP29

“Qarabağ”a uddular, kənar şəxsə görə xərcə düşdülər

09:00 Hadisə 142
“Qarabağ”a uddular, kənar şəxsə görə xərcə düşdülər

“Sabah”ın legioneri İqor Noqeyra Premyer Liqanın XXI turunda “Kəpəz”lə oyunda qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Masazır klubu həmçinin 63-cü dəqiqədə ikinci sarıdan sonra qırmızı vərəqə görən braziliyalı medafiəçiyə görə500 manat cərimə ödəyəcək.

“Neftçi” – “Şamaxı” oyununda qonaqlar 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

“Araz-Naxçıvan” isə “Sumqayıt”la oyunda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən eyni məbləğdə ziyana düşüb.

“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə isə “qartallar” 800 manat cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti