“Əl Nəsr”ə keçən Con Duran bu ölkədə yaşamayacaq.
Sportinfo.az xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanında evli olmayan cütlüklərin birgə yaşamasına icazə verilməməsidir.
Kolumbiyalı futbolçu buna görə də sevgilisi ilə birgə yaşamaq üçün Bəhreyni seçib.
Onun yaşayacağı ərazi ilə hər gün məşqlərə gələcəyi Riyad arasındakı məsafə isə 500 km-dir. Bu səbəbdən Duran hər gün 1,5 saatlıq təyyarə uçuşu ilə komandaya qoşulacaq.