Millimizin hücumçusu Mahir Emreli paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Sportinfo.az xəbər verir ki, o, sevgilisi Dilara Salim Mahirlə birgə gəzinti zamanı çəkilən fotosunu instaqram səhifəsində yayımlayıb.
Həmin şəkili instaqramda “repost” edən Mahir “Bazar günü gəzintisi” şərhini yazaraq ürək “emojisi”ni əlavə edib.
Dilarə Salim türk vətəndaşıdır. “Nürnberq”də forma geyinən 28 yaşlı forvard hazırda eşq yaşadığı Dilarə ilə Almaniyada tanış olub.