COP29

“Qarabağ”dan alındı, getdiyi yerdə ilk titulunu qazandı - FOTO

02:00 Hadisə 109
“Qarabağ”dan alındı, getdiyi yerdə ilk titulunu qazandı - FOTO

Braziliya superkuboku uğrunda oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, Rio-De-Janeyroda fəxri mükafat uğrunda keçirilən görüşdə “Botafoqo” ilə “Flamenqo” üz-üzə gəlib.

Oyun “Flamenqo”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qolları “Flamenqo”dan Bruno Henrike (12-pen., 20), Araijo (83), “Botofoqo”dan isə De Paula vurublar.

Bu qış “Qarabağ”dan “Flamenqo”ya transfer olunan Juninyo ehtiyat heyətdə yer alıb. O, 80-ci dəqiqədə matçda dubl edən Bruno Henrikenin əvəzinə meydana girib.

"Flamenqo"nun kuboku qazanması sayəsində Juninyo da Braziliyada ilk titula sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 02:20 Aqibəti necə olacaq?