COP29

“Mən ideal deyiləm, uduzanda əsəbimdən ağlayırdım” - Ronaldo səmimi etiraf etdi

13:10 Hadisə 118
“Mən ideal deyiləm, uduzanda əsəbimdən ağlayırdım” - Ronaldo səmimi etiraf etdi

Portuqaliya millisinin və “Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo məğlubiyyətlərə necə reaksiya verdiyindən danışıb.

Sportinfo.az bu barədə “Marca” nəşrinə istinadən xəbər verir.

“Mən uşaqlıqdan məğlubiyyətlərə qarşı həssas olmuşam. Uduzmaqdan zəhləm getdiyi üçün ağlayırdım.

Qonşularım buna görə məni ağlağan adlandırır, ələ salırdılar. Meydanda həmişəki işini gördüyün halda uduzmaq xoş deyil.

Mən ideal deyiləm. Uduzanda əsəbimdən ağlayırdım. Amma yavaş-yavaş buna öyrəşdim və daha yaxşı oldum”.

Ronaldonun “Əl-Nəsr” ilə müqaviləsi bu ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti