Real"və İspaniya millisinin əfsanəvi futbolçusu İker Kasilyas pornoulduz və "OnlyFans" modeli Klaudiya Bavellə birlikdə görüntülənib.
Sportinfo.az xəbər verir ki, onlar Barselonadakı otellərdən birində görüşüblər. Yerli paparassilər onların bir neçə fotolarını çəkiblər.
Kasilyas 2021-ci ildə Sara Karbonerodan boşandıqdan sonra tez-tez görüşdüyü qadınlarla gündəmə gəlir.
Klaudiya isə pornoulduz kimi tanınır. Onun 16.000 izləyicisi olan və ayda təxminən 17.000 funt sterlinq qazandığı aktiv "OnlyFans" səhifəsi var.