AFFA İntizam Komitəsi aşağı yaş qrupu üzrə liqalarda çıxış edən futbolçuların qeyri etik davranışlarının cəzasını kəsib.
Sportinfo.az xəbər verir ki, Gənclər Liqasının “Şamaxı” – “Səbail” oyununda qonaqların futbolçu Aslan Hüseynov rəqibi təhqir edib.
U-15 Liqasında “Qəbələ” ilə səfər qarşılaşmasında “Sabah” futbolçu Kənan Əliyev də eyni addıma əl atıb.
U-14 Liqasında isə “European Football Academy” – “Qarabağ” FK görüşündə ikincilərin üzvü Məhəmməd Bağırov qeyri idman hərəkətinə görə meydandan kənarlaşdırılıb.
O, meydanı tərk etdiyi zaman hakimlər briqadasını təhqir edib.
Adıçəkilən hər üç futbolçu 3 oyunluq cəzalandırılıb.