AFFA İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul edilib.
Belə ki, AFFA U-13 Liqasında keçirilməli olan “Troya” – “Lamasya Baku” oyunu meydan sahiblərinin heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün birincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-16 Liqasında keçirilməli olan “Səbail" - “Mübariz” FA oyunu isə qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb.
“Mübariz” FA bu səbəbdən 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.