COP29

FİFA millimizdə oynamasına icazə vermədi, karyerasını bitirdi: “Artıq dözə bilmirəm”- FOTO

01:00 Hadisə 979
FİFA millimizdə oynamasına icazə vermədi, karyerasını bitirdi: “Artıq dözə bilmirəm”- FOTO

Əslən Azərbaycandan olan israilli futbolçu Əmir Ağayev son qərarını verib.

Sportinfo.az xəbər verir ki, o, aktiv futbolçu karyerasını başa vurub.

Yarımmüdafiəçi son olaraq İsraildə - “Dimona”da oynayıb.

Bundan əlavə “Umm Al-Fahm”, “Bney Yehuda”, “Aşdod”, “Atromitos”, “Sumqayıt”, “Hapoel Tel-Əviv”, “Beytar” və “Omoniya”da çıxış edib. Həm də İsrailin U-19, U-21 yığmasının üzvü olub.

32 yaşlı futbolçu zədə səbəbindən bu cür qərar verib. O, sosial şəbəkədə məsələ haqda bunları yazıb:

"Bu anın nə vaxtsa gələcəyini bilirdim. Amma buna heç vaxt hazırlaşa bilməzsən.

İllərlə oyuna olan sonsuz sevgidən, saysız-hesabsız sevinc, ağrı, uğur və uğursuzluqdan sonra karyeramı dayandırmaq vaxtı yetişdi.

Təəssüf ki, zədələr və ağrılar hər zaman mənimlə oldu. Orqanizm artıq stresə tab gətirə bilmir və böyük ağrı ilə bildiyim və çox sevdiyim yeganə peşəni tərk etmək məcburiyyətindəyəm.

Futbol mənim üçün sadəcə bir oyun deyildi, mənim həyatımdı. Bu yolda mənimlə olan hər kəsə - ailəmə, dostlarıma, məşqçilərimə, komanda yoldaşlarıma və həmişə yanımda olan azarkeşlərə minnətdarlığımı bildirirəm".

Əmir Ağayev ilk dəfə 2020-ci ilin avqustun 22-də Azərbaycan millisinin təlim-məşq toplanışına çağırılıb.

Lakin FIFA onun Azərbaycan vətəndaşlığını tanımadığından, Ağayevin millimizdə debütü baş tutmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 17:30 Çək və bizə göndər!
30 Yanvar 10:00 “Qalatasaray”dan getdi