“Qarabağ”dan ayrılaraq “Flamenqo”ya transfer olan Olavio Juninyo yeni klubunda debüt edib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu “Karioka - Quanabara Kuboku” çərçivəsində “Volta Redonda”ya qarşı matçda meydana çıxıb.
O, 60-cı dəqiqədə Bruno Enrikenin yerinə meydana daxil olub. Juninyo rəqibdən topu oğurladığı, qapıçı ilə üzbəüz qaldığı epizodda fərqlənə bilməyib.
Bununla belə, matç “Flamenqo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
2023-cü ilin yayında Ağdam klubuna transfer olan braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.
Hücumçu “Qarabağ”la ölkə çempionu və kubokunun qalibi olub.
Videonu təqdim edirik: