COP29

“Neftçi”nin sabiq rəsmisini şantaj edən şəxs saxlanıldı - FOTO

26 Yanvar 09:25 Hadisə 874
“Neftçi”nin sabiq rəsmisini şantaj edən şəxs saxlanıldı - FOTO

“Neftçi”nin mətbuat xidmətinin sabiq rəhbəri Emin Əfəndi şantajla üzləşib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib.

O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs “vatsap” vasitəsilə ona mesaj yazaraq, prodüsseri olduğu Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.

Son vaxtlar naməlum şəxslərin məşhurların adından istifadə etməsi ilə bağlı dələduzluq hallarına rast gəlinir. Belə ki, onlara tanışlarının nömrələrinə oxşar və ya eyni vatsap nömrələri ilə zəng edərək pul almaları halları da artıb.

miri-yusifin-produserini-santaj-eden-sexs-saxlanildi

Emin Əfəndi sosial şəbəkə səhifəsində hadisə ilə bağlı açıqlama yayıb. O, faktı təsdiq edib: “Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim”.

Polisə müraciətində ondan hədə-qorxu yolu ilə 1000 manat alındığını bildirsə də, E.Əfəndi sosial şəbəkədə kiməsə pul vermədiyini deyib:

“Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq. Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər.

Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir. Hüquq-mühafizə orqanlarının operativ reaksiyasına görə təşəkkür edir, məsələnin tezliklə həllini tapacağına ümid edirəm”.

Emin Əfəndini şantaj edən şəxs artıq saxlanılıb. 26 yaşlı paytaxt sakini Əli Əhmədov polis əməkdaşları tərəfindən tutulub. Hazırda araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 22:55 Saymazyanalığın axırı
26 Yanvar 08:10 Xəzərdə zəlzələ oldu
26 Yanvar 02:00 Millimiz Kosovonu uddu
26 Yanvar 00:30 Nə o, nə bu... VİDEO