COP29

“O, gəldi, xaos bitdi!” - Azərbaycandan tarnsfer olunan hücumçuya mahnı qoşdular

25 Yanvar 02:10 Hadisə 290
“O, gəldi, xaos bitdi!” - Azərbaycandan tarnsfer olunan hücumçuya mahnı qoşdular

Braziliyaya yollanan Juninyonun Qalean hava limanında maraqla qarşılandığını xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, onun yolunu gözləyənlər sırasında klub rəsmiləri, media nümayəndələri və azarkeşlərlə yanaşı, qardaşı da olub.

29 yaşlı hücumçu aeroportdan məhz qardaşıyla birgə ayrılıb.

Olavio ölkəsində xüsusi diqqətə layiq görülüb. Onu qarşılayan azarkeşlər hazırladıqları “Juninyo gəldi, xaos bitdi!”bəstəsini oxuyublar. Azarkeşlərdən biri isə “xaos bitdi, çünki Juninyo əsl matadordu” pankartını açıb.

Tərəfdarlar Juninyonundan “Flamenqo”dan ayrılan ünlü hücumçu Qabriel Barbosanı (Qabiqol ləqəbiylə tanınır – red.) əvəzləyəcəyini düşündüyündən ona rəğbət bəsləyir.

Forvard yeni klubu ilə 2028-ci ilin sonuna qədər müqavilə bağlayıb. “Flamenqo"da 23 nömrəli formanı geyinəcək.

Braziliya mətbuatı Ağdam klubuna 5 milyon avro təzminat ödəniləcəyini yazıb.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 18:50 "Uduzulacaq oyun deyildi"