COP29

Minadan zərər çəkmiş 10 yaşlı ağdamlı hakimlə birgə... "Qarabağ"ın matçından öncə

23 Yanvar 20:30 Hadisə 166
Minadan zərər çəkmiş 10 yaşlı ağdamlı hakimlə birgə... "Qarabağ"ın matçından öncə

Minadan zərər çəkmiş Ağdam rayonunun Əfətli kənd sakini, 10 yaşlı Hüseyn Hüseynzadə Avropa Liqasının Liqa mərhələsinin VII turunda baş tutacaq "Qarabağ" - FCSB oyunundan öncə baş hakimlə birgə meydana çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Futbolun İnkişaf Fondunun (FİF) mətbuat xidməti məlumat yayıb.

Bu, FİF və UEFA-nın Uşaq Fondunun birgə əməkdaşlığı çərçivəsində reallaşacaq. Hüseyn 6 yaşı olarkən atası ilə birgə minalı əraziyə düşüb. Köməyə gələn ailə üzvləri və atası həlak olub, əmisi isə xəsarət alıb.

Futbolun İnkişaf Fondunun təşkilatçılığı, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə futbolun təsir gücündən istifadə edərək əhalinin məlumatlandırılması məqsədilə həyata keçirilən “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma” layihəsi çərçivəsində 2022-ci ildən bu günədək Tovuz, Goranboy və Tərtər rayonlarının 8 kəndində tərəfdaşlarla birgə 1300-dən çox uşaq və 400-ə yaxın böyüyə təlim keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Yanvar 19:50 Çək və bizə göndər!
23 Yanvar 03:20 "Bəsit səhvlər etdik"