"Qalatasaray"ın hücumçusu Mauro İkardinin daha çox Çina Suares kimi tanınan model Maria Suares ilə münasibətdə olması məlum olub.
Sportinfo.az xəbər verir ki, Çinanın həmyerlisi olan argentinalı futbolçudan hamilə olduğu bildirilir.
Bu barədə jurnalist Yanina Latorre məlumat yayıb.
Amma argentinalı model həm bu məlumatı, həm də futbolçu ilə münasibətini təkzib edib.
Mauro İkardi hazırda həyat yoldaşı Vanda Nara ilə boşanma prosesindədir.