COP29

Premyer Liqada PİS HADİSƏ: Daha buna nə deyəsən? - VİDEO

10:40 Hadisə 436
Premyer Liqada PİS HADİSƏ: Daha buna nə deyəsən? - VİDEO

Azərbaycan Premyer Liqasının XIX turunun "Neftçi" - "Sabah" oyununda (1:1) bir epizod müzakirələrə səbəb olub.

Matçın 65-ci dəqiqəsində "Neftçi"nin cərimə meydançası daxilində ev sahiblərinin müdafiəçisi Yuri Matias rəqib yarımmüdafiəçi Xəyal Əliyevi iki əllə itələyərək yıxsa da, baş hakim Kamal Umudlunun fiti susub.

Maraqlıdır ki, epizodla bağlı VAR-dan da hər hansı bildiriş gəlməyib. Təkrara baxdıqda isə Matiasın Xəyalı hər iki əli itələyərək yıxdığı aşkar görünür.

Epizod başa çatdıqdan sonra hakimdən penalti tələb edən Xəyal Əliyev braziliyalı tərəfindən kobud müdaxiləyə məruz qalır.

Umudlu, nəhayət, bu zaman "44 nömrə"yə sarı vərəqə göstərir. Bu vaxt Matias hakimin qərarına alqışlarla reaksiya göstərsə də, o, əlini ikinci dəfə cibinə atmağa risk etmədi.

Hər iki epizod qaydalarla bağlı bəzi suallar yaratdı.

Doğrudanmı, qaydalar rəqibi cərimə meydançasında bilərəkdən itələyib yıxmağa görə hər hansı cəza nəzərdə tutmur?

Əgər belədirsə, qarşıdakı oyunlarda bu cür əllə müdaxilələri hələ çox görəcəyik.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti