Premyer Liqanın 19-cu turunda yanvarın 19-da keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Köməkçi hakim Kamran Bayramovun səhhətində problem yarandığı üçün onu Şirmamed Mamedov əvəz edib.
Sabah keçiriləcək "Kəpəz" - "Turan Tovuz" matçı saat 16:00-da başlayacaq.