“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi “Olimpiakos” ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisi səfərdə əsas rəqibi “Panatinaikos”la qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb.
“Panatinaikos”da Filip Dyuriçiç (51), “Olimpiakos”da isə Roman Yaremçuk (75) fərqlənib.
Cavab oyunu fevralın 5-də baş tutacaq.
Yunanıstan klubu yanvarın 30-da doğma meydanda “Qarabağ”la qarşılaşacaq və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.