COP29

Peşəkar Futbol Liqasının vitse-prezidenti: “Şok oldum”

19:20 Hadisə 233
Peşəkar Futbol Liqasının vitse-prezidenti: “Şok oldum”

Elxan Səmədovun ad günüdür.

Ağlıma da gəlməzdi ki, 40 yaşımdan sonra kimdənsə nəsə öyrənərəm.

Elxan müəllimdən alicənablığı, işçiyə tam dəstəyi, sadəliyi, necə lider olmağı öyrənməyə çalışdım. PFL prezidenti olmayana kimi heç vaxt görüşməmişdik.

Haqqında ancaq xoş sözlər deyirdilər. Amma futbol sahəsində çalışan çox az adama inanıram, burda yalan çoxdu.

Bir yerdə çalışanda nə dediyinə və nə etdiyinə baxdım. Adam dediyi hər şeyi etdi.

Çox az danışır, bəlkə də boş danışmaqdansa, iş görməyi üstün tutduğu üçündür. Bu qədər savadlı, maddi imkanı yaxşı olan biri necə belə sadə ola bilir?

İlk dəfə Şamaxıya oyuna gedəndə, vaxt çox az idi deyə yeməyi avtovağzaldakı ucuz dönərxanada (səhv etmirəmsə, dönər 1,5 manat idi) yeyəndə şok olmuşdum.

Sağ əlin verdiyini, sol əl bilməməlidir. Razı deyiləm, əksinə yaxşı işləri demək lazımdır ki, digərləri üçün də stimul olsun.

Sosial şəbəkələrə neqativ əlindən girmək mümkün deyil, çox nadir halda xoş nəsə qarşına çıxır. Həyatdır, sabah nə olacağını bilmək olmur.

Demək, danışmaq lazımdır.

Əməkdaşlarımıza qısa müddət ərzində çox böyük dəstək göstərdi

Əməkdaşımız atasının ürək əməliyyatını etmək üçün avtomobilini satmaq istəyirdi, bilən kimi əməliyyatın xərclərini üzərinə götürdü.

Uzun illər övladı olmayan əməkdaşımızın müalicə xərclərini həll etdi, şükür Allaha, 1 övladı dünyaya gəldi.

Başqa bir əməkdaşımızın övladı ölkəmiz üçün çox vacib sahədə çalışır qolunda şiş yaranmışdı, ciddi əməliyyata ehtiyacı var idi, səhv əməliyyat olsa əlindən məhrum ola bilərdi, məsələni həll etdi.

Digər bir əməkdaşımızın həyat yoldaşında “zəhrimar” xəstəlik yarandı, övladları yeni olmuşdu, Şükür Allaha, əməliyyat olundu, indi daha yaxşıdır.

Bir əməkdaşımızın uzun illər əməliyyata ehtiyacı olmasına baxmayaraq, imkansızlıqdan edə bilmirdi, bilən kimi dərhal həll etdi.

Başqa nələr, nələr…

Bəlkə də kimin üçünsə adi bir şey sayıla bilər, amma əməkdaşların rifahı üçün əlindən gələn hər şeyin ən yaxşısını etməyə çalışdı. Qəzadan sonra Elgizə, Sənana, Zaura, mənə maksimum dəstək verdi.

Özü çox ağır vəziyyətdə olmasına baxmayaraq, güclə eşidiləcək, xırıltılı səslə mənə atdığı “siz narahat olmayın, əgər dünyada sizi ayağa qaldıracaq həkim varsa, mən ya o həkimi sizin yanınıza gətirəcəm, ya da sizi onun yanına aparacam, gəzəcəksiz” səsi hələ də qulağımdadır.

Belə bir deyim var “sağlamlıq insanların başında bir tacdır, amma onu ancaq xəstələr görür”. İnşallah, tezliklə siz də tam sağalasız və o tacı görməyəsiz. Ad gününüz mübarək, BÖYÜK ÜRƏKLİ ADAM!

Aslan Şahgəldiyev
Peşəkar Futbol Liqasının vitse-prezidenti

Digər Xəbərlər
Xəbər Lenti