COP29

Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik

08:00 Hadisə 89
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik

Ermənistanın delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının tərkibində dəyişiklik edilib.

Bu haqda Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat idarəsinin rəis müavini polkovnik S.Qriqoryanın yerinə həmin idarənin birinci müavini general-mayor Aleksandr Tsakanyan təyin edilib.

Bundan əlavə, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan başqa bir nazir müavini – Armen Simonyanla əvəzlənib.

Paşinyan daha əvvəl “Armenpress”ə müsahibəsində komissiyalarının növbəti iclasının yanvarda keçiriləcəyini bildirib.

Son iclas isə 2024-cü il noyabrın 1-də baş tutub.

Digər Xəbərlər
Xəbər Lenti