COP29

“Yalan söhbətdir, sağlam adamam, idmanımda, işimdə-gücümdəyəm”

08:40 Hadisə 178
“Yalan söhbətdir, sağlam adamam, idmanımda, işimdə-gücümdəyəm”

Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev yenidən aktiv idmana qayıtdığını bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə teleqraf.com-a keçmiş icra başçısı Əhəd Abıyevin özü məlumat verib.

“Hazırda elə trenajordayam, aktiv idmana qayıtmışam, hər şey qaydasındadır”, - deyə o əlavə edib.

Əhəd Abıyev xəstəliyi ilə bağlı yayılan iddialara da aydınlıq gətirib: “Yalan söhbətdir. Sağlam adamam, idmanımda, işimdə-gücümdəyəm”.

15 yanvar 1958-ci ildən Masallı rayonunda anadan olan Əhəd Abıyev Milli Məclisi I, II və III çağırış deputatı, 2011–2023-cü illərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti