COP29

Adını "Qarabağ"ın tarixinə yazdı, baş məşqçinin köməkçisi təyin edildi - FOTO

02:10 Hadisə 337
Adını "Qarabağ"ın tarixinə yazdı, baş məşqçinin köməkçisi təyin edildi - FOTO

“Qarabağ”ın sabiq legioneri Muarem Muaremin yeni iş yeri bəlli olub.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı məşqçi işinə ölkəsi Şimali Makedoniyada davam edəcək.

O, “Şkupi”də məşqçilər korpusunda yer alıb. Alpaslan Erdemin köməkçisi təyin edilib.

Futbolçu karyerasını 2023-cü ildə yerli "Qostivar"da başa vuran Muarem ən son bu komandanın baş məşqçisi kimi çalışıb.

M.Muarem 2012-2015 və 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.

Balkanlı “Qarabağ”ın heyətində tarixi qollardan birinə imza atıb.

2014/2015 mövsümündə Avropa Liqasının “Tvente”yə qarşı keçirilən pley-off mərhələsinin cavab görüşündə qolunu vuraraq (1:1), komandasının ilk dəfə qrup mərhələsinə düşməsində önəmli rol oynayıb.

Muarem Muarem bu klubda çalışacaq

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!