“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi olan FKSB Antalyada (Türkiyə) təlim-məşq toplanışında daha bir rəqiblə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, Rumıniya çempionu Almaniyadan "Hamburq" ilə üz-üzə gələcək.
Matç yanvarın 10-da baş tutacaq.
Daha əvvəl FKSB-nin yanvarın 12-də Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacağı məlum olmuşdu.
“Qarabağ” – FKSB oyunu yanvarın 23-də Bakıdakı Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna saat 21:45-də start veriləcək.