COP29

Arzusu ürəyində qaldı - Zorlamada iştirak edən məşhurun

8 Yanvar 18:40 Hadisə 318
Arzusu ürəyində qaldı - Zorlamada iştirak edən məşhurun

“Real”ın və Braziliya millisinin keçmiş oyunçusu Robinyo Milad bayramını ailəsi ilə keçirə bilməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, məhşur sabiq futbolçu 2013-cü ildə alban qızının qrup şəklində zorlanmasında iştirak etdiyi üçün cəza çəkdiyi həbsxana rəhbərliyindən icazə ala bilməyib.

Robinyonun bu yaxınlarda vətəni Braziliyada gizlənməyə çalışmasına baxmayaraq, polislər onu yaxalayıb.

O, Milad bayramında həyat yoldaşı Vivianla birlikdə olmağa icazə veriləcəyinə ümid edib, ancaq bu baş tutmayıb.

Robinyo VİP kamerada “oturması” və onunla birlikdə ölkədə tanınmış siyasətçinin və xəstələrin həyatına son qoyan bir həkimin olması ilə özünü təsəlli edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti