COP29

Azərbaycanlı müdafiəçi “Qarabağ”ın üzdüyü portuqaliyalı baş məşqçiyə tapşırıldı

8 Yanvar 09:00 Hadisə 602
Azərbaycanlı müdafiəçi “Qarabağ”ın üzdüyü portuqaliyalı baş məşqçiyə tapşırıldı

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” yeni baş məşqçi ilə bağlı qərar verib.

Sportinfo.az “weszlo.com” portalına istinadən xəbər verir ki, Polşa klubuna son iş yeri Sloveniya “Olimpiya”sı olan portuqaliyalı mütəxəssis Joao Henrişek başçılıq edəcək.

Henrikeş 2023-cü ilin yayında Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsində “Qarabağ”a uduzan (0:2, 1:1) zaman

“Olimpiya”nın baş məşqçisi olub. Həmin vaxtı Rahil Məmmədov da “Qarabağ”da oynayıb. Lakin həmin görüşlərdə meydanda çıxmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 11:20 Özünü BURADA tap!
8 Yanvar 03:50 Yerli klubunu dəyişdi