Yunanıstan çempionatında 17-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos” turun son matçında səfərdə “Panetolikos”la qarşılaşıb.
Matç qonaqların qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarının sayını 37-ə çatdıran “Olimpiakos” yenidən turnir cədvəlində liderliyə yüksəlib. “Panetolikos” isə 23 xalla altıncı pillədə qərarlaşıb.
“Qarabağ” Avroliqanın son turunda - yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək.
“Panetolikos” - “Olimpiakos” 0:2
Qollar: Ayub el-Kaabi, 45+5, Çikinyo, 70
Qırmızı vərəqə: Fakundo Perez, 70 (“Panetolikos”)